Masallı boksçusu Respublika üçüncüsü olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 noyabr tarixində Masallı rayon Gənclər və İdman İdarəsinə istinadən verir.
Masallı rayon Gənclər və İdman İdarəsinin nəzdində Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Məcidov Arif Oktay oğlu 48 kq çəki dərəcəsində yeniyetmələr arasında keçirilən Azərbaycan çempionatında respublika üçüncüsü adına layiq görülüb. İdmançının məşqçi-müəllimi Orxan Cəbiyevdir.
Qeyd edək ki, Azərbaycan çempionatında 66 komandanın 326 boksçusu iştirak edib.