Masallılı gənc Respublika çempionatında fəxri kürsüyə yüksəlib. Bu haqda bu gün, 15 yanvar tarixində Cenublu.az xəbər verir.
Boks üzrə Respublika birinciliyində Masallı komandasını təmsil edən Qəyyum Quliyev 51 kq çəki dərəcəsində mübarizə aparıb. Turnirin yekununda o, bürünc medala layiq görülüb.
Qeyd edək ki, turnirdə müxtəlif şəhər və rayonlardan 29 komandanın heyətində 100 kişi boksçusu mübarizə aparıb.