Futbol üzrə Azərbaycan çempionatının 2-ci liqasında 7-ci turun oyun cədvəli açıqlanıb.
Cenublu.az xəbər verir ki, “Lerik” klubu “Şəfa” ilə üz-üzə gələcək.
Qarşılaşmanın start fiti oktyabrın 17-si saat 15:00-da səslənəcək. Oyun “ASK Arena”da keçiriləcək.
Qeyd edək ki, baş tutacaq matçı Peşəkar Futbol Liqasının 1-ci Liqa / 2-ci Liqa Youtube kanalında canlı izləmək olar.