Lənkəranlı idmançı cüdo üzrə Avropa Kubokunda uğurlu nəticə əldə edib.
Cenublu.az xəbər verir ki, 25–26 iyul tarixlərində Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə Avropa Kuboku yarışı keçirilib.
Yarışda Lənkəran Olimpiya İdman Kompleksinin təmsilçisi Rüqayyə Əlizadə U-16 yaş kateqoriyasında 52 kq çəki dərəcəsində mübarizə apararaq gümüş medal qazanıb. Bununla da o, turniri II yerlə başa vurub.