"Təhsil" RİM Lənkəran şəhər UGİŞM-nin şahmatçıları beynəlxalq turnirdə iştirak ediblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 noyabr tarixində verir.
Turnir Türkiyənin Mersin şəhərində baş tutub. Belə ki, burada Jalə Babazadə B qrupunda qadınlar arasında 3-cü yeri tutub.
Qeyd edək ki, beynəlxalq turnirdə 13 ölkədən 269 şahmatçı yarışıb.