"Zəfər peşəkar" idman klubunun təşkilatçılığı ilə kiçik və böyük yeniyetmə qız və oğlanlar arasında cudo üzrə Şirvan şəhərində keçirilən açıq birincilikdə Lənkərandan olan məktəbli qalib olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 may tarixində verir.
Belə ki, Rasim Məmmədov adına Lənkəran şəhər 5 nömrəli tam orta məktəbinin 5a sinif şagirdi Abdullazadə Əlihüseyn 34 kiloqram çəki dərəcəsində l yerə layiq görülüb.