Lənkəranlı idmançı Rahilə Hüseynzadəyə gənclər və idman naziri Fərid Qayıbovun əmri ilə idman ustası dərəcəsi verilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 fevral tarixində Lənkəran şəhər Gənclər və İdman İdarəsinə istinadən verir.
Gənclər və idman naziri Fərid Qayıbov Olimpiya idman növləri üzrə federasiyaların nümayəndələri ilə keçirdiyi görüşdə Lənkəran Şəhər Gənclər və İdman idarəsinin nəzdində UGİM-in ağır atletika idman növü üzrə yetirməsi Rahilə Hüseynzadəni idman ustası dərəcəsinə layiq görüb, idmançıya müvafiq nişan və vəsiqə təqdim edib.
Qeyd edək ki, Rahilə Hüseynzadənin məşqçisi Teymur Əliquliyevdir.