Lənkəranlı güləşçimiz Albaniyanın paytaxtı Tirana şəhərində yeniyetmələr arasında keçirilən (U-17) Avropa çempionatının üçüncüsü olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 iyun tarixində verir.
Belə ki, Seyhun Əliyar oğlu Əlizadə 51 kq çəki dərəcəsində moldovalı Marsel Andronakeyə 5:2 hesabı ilə qalib gələrək çempionatın bürünc medalını qazanıb.
Qeyd edək ki, idmançının məşqçi-müəllimi Baba Rzayevdir.