Lənkəran idmançıları yunan-Roma güləşi idman növü üzrə ölkə birinciliyində yüksək nəticələr əldə ediblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 aprel tarixində Lənkəran şəhər Gənclər və İdman İdarəsinə istinadən verir.
29-30 mart 2023-cü il tarixlərində Bakı şəhərində yunan-Roma güləşi üzrə gənclər arasında ölkə birinciliyində Məhəmməd Şükürzadə (60 kq) çəkidə I yeri qazanaraq çempion olub.
3-4 aprel 2023-cü il tarixlərində Bakı şəhərində yunan-Roma güləşi idman növü üzrə U-17 yeniyetmələr arasında ölkə birinciliyində Əliyev Elmin (80 kq) II yeri, İmaməli Kərim (45 kq) III yeri tutublar.
Qeyd edək ki, idmançıların məşqçi-müəllimi Alı Ağayevdir.