Albaniyanın Tirana şəhərində keçirilən yeniyetmələr (U-17) arasında Avropa birinciliyində yunan-Roma güləşçimiz Elmin Əliyev uğur qazanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 iyun tarixində verir.
Belə ki, "Təhsil RİM”in Lənkəran şəhər UGİŞM-in yetirməsi olan Elmin gürcüstanlı idmançı Giorgi Maxaradzeyə 6:2 hesabı ilə qalib gələrək yarışmanın bürünc medalını qazanıb.
Qeyd edək ki, onun məşqçi-müəllimi Alı Ağayevdir.