Lənkəranlı cüdoçular Şirvan şəhərində təşkil olunan yeniyetmələr arasında region birinciliyində iştirak ediblər. Bu haqda bu gün, 26 sentyabr tarixində Cenublu.az Lənkəran Şəhər Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
23-25 sentyabr tarixlərində baş tutan çempionatda U-18 və U-15 yeniyetmələr güclərini sınayıblar. Lənkərandan qatılan cüdoçularımızdan 3-ü qızıl, 2-si gümüş və 4-ü bürünc medal qazanıb:
I yer:
Gülçin Nəsirova (48 kq);
Firuzə Abdülrəhimova (32 kq);
Elmar Əlizadə (46 kq).
II yer:
Məmmədli Həsən Zaur oğlu (38 kq);
Rəhimli Asif Cavanşir oğlu (66 kq).
III yer:
Fərəcov Rəsul Səyyad oğlu (66 kq);
Cavadzadə Rasif Vüqar oğlu (46 kq);
Ramal Bağırzadə (50 kq);
Kazımzadə Məhəmməd (60 kq).
Şirvan Olimpiya İdman Kompleksində baş tutan yarışda fəxrlərimiz Zaur və Əkbər müəllimin başçılığı altında çıxış ediblər.