Azərbaycan Cüdo Federasiyası və “Azercell”in əməkdaşlığı çərçivəsində cüdo məktəbləri və bölmələri olan bölgələrdə “Qızlara ağ yaraşır” kampaniyası keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 avqust tarixində verir.
Tədbirdə Lənkəran rayonundan cüdo idman növünə yeni başlayan 7-14 yaş arası 11 qız bu kampaniyaya qoşularaq “Azercell” və Azərbaycan Cüdo Federasiyası tərəfindən cüdoqi ilə mükafatlandırılıb.
Qeyd edək ki, qızların məşqçi-müəllimi Zaur Məmmədovdur.