Uğurlarının sayı-hesabı olmayan Orxan Səfərov daha bir nailiyyətə imza atıb. Bu haqda bu gün, 12 sentyabr tarixində Cenublu.az xəbər verir.
İdmançımız İtaliyanın Riççione şəhərində keçirilən Açıq Avropa Birinciliyinin fəxri kürsüsünə qalxıb. -66 kq çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov turnirin sonunda gümüş medal qazanıb.
Qeyd edək ki, Orxan Səfərov finalda fransalı idmançı Reda Seddouki ilə mübarizə aparıb.