Lənkəranlı idmançı 13-22 oktyabr 2023-cü il tarixlərində Monteneqronun Budva şəhərində kişilər arasında keçirilən Boks üzrə Avropa Kuboku yarışında fəxri kürsüyə qalxıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 oktyabr tarixində verir.
Belə ki, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin nəzdində Lənkəran Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi, fəxrimiz Mirşərif Kazımzadə 75 kq çəki dərəcəsində Avropa Kubokunun bürünc medalını qazanıb.
Qeyd edək ki, idmançımızın məşqçi-müəllimi Salam Bağırovdur.