Təhsil RİM-in Lənkəran şəhər UGİŞM-in idmançıları badminton üzrə Respublika birinciliyində iştirak ediblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 25 may tarixində verir.
13-14 yaşlı oğlan və qızlar arasında keçirilən turnir Bakı şəhərində baş tutub. Burada Lənkəranı təmsil edən Əli Məmmədov 3-cü yerə layiq görülüb.
İdmançının məşqçi-müəlimi Zəkəriyyə Kərimovadır.