Lənkəran Olimpiya İdman Kompleksində 8 Noyabr – Zəfər Gününə həsr olunan voleybol idman növü üzrə məktəbli qızlardan ibarət komandalar arasında rayon turniri keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 noyabr tarixində verir.
Turnirdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir vəzifəsini icra edən müdir müavini Rəhim Rəhimov və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə tərəfindən qalib komandalara diplom və medallar təqdim edilib.
Qeyd edək ki, tədbir Lənkəran-Astara Regional Təhsil İdarəsinin, Lənkəran-Astara Gənclər və İdman İdarəsinin təşkilatçılığı və Lənkəran Olimpiya İdman Kompleksinin dəstəyi ilə baş tutub.