top
Lənkəranda şose velosipedi üzrə Azərbaycan Kubok yarışı keçirilib
07 sentyabr 2023, 00:26
- ↺ +

Lənkəranda şose velosipedi üzrə Azərbaycan Kubok yarışı keçirilib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Lənkəranda şose velosipedinin kriterium növü üzrə Azərbaycan Kuboku yarışının II mərhələsinə start verilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 sentyabr tarixində verir.

Lənkəran şəhərində keçirilən turnirin ilk günündə 2010-2011-ci il təvəllüdlü oğlanlar (13 nəfər) 5 km, 2009 (14 nəfər) və 2006-2008-ci il təvəllüdlü oğlanlar (19 nəfər) isə 10 km məsafəyə fərdi ötüşmə növündə yarışıblar.

2010-2011-ci il təvəllüdlü oğlanlar arasında Timur Rəcəbov (ROEQİUGVM, 09:07:32) bütün rəqiblərini qabaqlayaraq birinci, Nizami Cavadlı (Təhsil RİM, 09:45:61) ikinci, Artyom Sokolov (ROEQİUGVM İsmayıllı, 09:53:46) üçüncü yerə layiq görülüblər.

2009-cu il təvəllüdlü oğlanların mübarizəsində Çingiz İsayev (ROEQİUGVM, 16:30:78) qızıl, Nihad Xudoyev (ROEQİUGVM, 16:47:15) gümüş, Tunar Sadıqlı (Təhsil RİM, 16:58:58) bürünc medal qazanıb.

2006-2008-ci il təvəllüdlü oğlanların yarışında isə Tural İsrafilov (ROEQİUGVM, 14:05:75) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Artyom Proskuryakov (Təhsil RİM, 15:18:41) ikinci, Ravi Rzayev (ROEQİUGVM, 15:53:12) üçüncü yerlə kifayətləniblər.

Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblərə medal, diplom və qiymətli hədiyyələr təqdim edilib. İdmançılara mükafatları Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ülviyyə Əliyeva, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə və AVF-nin baş katibi Elnarə Musayeva təqdim ediblər.

Qeyd edək ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Velosiped Federasiyasının (AVF) və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə təşkil edilən turnir sentyabrın 8-də başa çatacaq.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur

Bütün xəbərlər
Bu gün, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
Dünən, 17:30

Bağça müəllimlərinin işə qəbulunda rəqabət artacaq

Bütün xəbərlər
Dünən, 16:11

Cəlilabadlı jurnalist Elnur Şükürov həbs edildi

Bütün xəbərlər
Dünən, 15:15

Biləsuvarda 35 yaşlı kişinin meyiti tapılıb

Kriminal
Dünən, 14:08

Sevdiyi qıza görə cinayət törədən məktəbliyə bu cəza verildi

Bütün xəbərlər
Dünən, 13:33

Salyanda maşının vurduğu kişi komaya düşdü

Kriminal
Dünən, 12:19

Salyanlı onu əvəz etməyən iş yoldaşını döydü — MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 11:34

Lerikdə sabiq vəzifəli şəxs vəfat etdi

Bütün xəbərlər
Dünən, 10:28

"ASAN xidmət" bu tarixlərdə işləməyəcək

Bütün xəbərlər
Dünən, 09:29

Ad gününün sabahı – Zəfər günü şəhid olan igidimiz

Bütün xəbərlər
Dünən, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
06 noyabr 2026, 18:01

Komandiri xilas edərkən şəhid olan igidimizin xatirəsi anılır

Bütün xəbərlər
06 noyabr 2026, 17:34

Lənkəranın mərkəzi küçəsində zibil problemi

Bütün xəbərlər
06 noyabr 2026, 16:53

Lerik sakinləri mişar daşından kəndə yol çəkirlər

Bütün xəbərlər
06 noyabr 2026, 16:15

Rusiya-Ukrayna müharibəsinə görə adam bıçaqladı - MƏHKƏMƏ

Bütün xəbərlər
06 noyabr 2026, 15:35

Neftçalanın tanınmış ziyalısı vəfat edib

Bütün xəbərlər
06 noyabr 2026, 15:00

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
06 noyabr 2026, 14:22

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
06 noyabr 2026, 13:50

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Cəmiyyət
06 noyabr 2026, 13:15

3 rayonda şagirdlərin daşınmasına 322 min manatdan çox vəsait ayrılır

Bütün xəbərlər
06 noyabr 2026, 12:30

Sabah hava necə olacaq? — PROQNOZ

Bütün xəbərlər
06 noyabr 2026, 11:55

Sabirabadın kəndləri qazsız qalıb: sakinlər ağacları yandırır

Bütün xəbərlər
06 noyabr 2026, 11:23

Sürücülük vəsiqələri ilə bağlı yeni güzəşt: Kimlər rüsum ödəməyəcəklər?

Oxşar xəbərlər