Lənkəran şəhər UGİŞM-in şahmat zalında A və B kateqoriyaları üzrə "Təhsil" RİM-in şahmat üzrə rayon turniri təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 dekabr tarixində verir.
Belə ki, Heydər Əliyevin 100-cü ildönümü münasibətilə keçirilən yarış iki gün davam edib. Burada 36 şahmatçı iştirak edib. Sonda qalib idmançılara diplom və hədiyyələr təqdim olunub.