Lənkəran Şəhər Akademik Zərifə Əliyeva küçəsində yerləşən parkda "İdman hamı üçün" layihəsi çərçivəsində nümunəvi çıxışlar keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 avqust tarixində verir.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin idman sektorunun əməkdaşı Yusif Xamiyev çıxış edərək idman tədbirinin təşkilinin əsas məqsədinin əhali arasında idmana marağın artırılması, sağlam həyat tərzinin təbliği və asudə vaxtın səmərəli təşkili olduğunu bildirib. Tədbirdə 88 nəfər idmançı yunan-Roma güləşi, voleybol, yerindən uzunluğa tullanma, turnik, jim və gimnastika idman növləri üzrə iştirak edib.