Lənkəranda “İdman hamı üçün” adlı tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 noyabr tarixində verir.
Heydər Əliyev adına Xatirə parkında keçirilən tədbirdə müxtəlif idman növləri nümayiş olunub, musiqi səhnəsində ifalar səslənib və digər əyləncələr baş tutub.Tədbirə qoşulan yeniyetmələr, gənclər və rayon sakinləri əyləncəli idman oyunlarında şəxsən iştirak edərək əyləniblər.
Sonda iştirakçılara Lənkəran Şəhər Gənclər və İdman İdarəsi tərəfindən sertifikatlar təqdim olunub.