Lənkəranda "İdman hamı üçün" layihəsi çərçivəsində "Gimnastika hamı üçün" məşğələləri keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 avqust tarixində Gənclər və İdman İdarəsinə istinadən verir.
Tədbirdə çox sayda əhali iştirak edib. Görüşdə müxtəlif musiqili-nümunəvi çıxışlar təqdim edilib. Tədbirə qoşulanlar gimnastika mütəxəssislərinin rəhbərliyi altında isinmə, gimnastika, rəqs hərəkətlərini yerinə yetirib, fləş-mobda iştirak ediblər.
Qeyd edək ki, Lənkəran şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirin əsas məqsədi uşaq və gənclər arasında idmana marağın artırılması və sağlam həyat tərzinin təbliğ olunması idi.