Sabahdan Lənkəranda cüdo idman növü üzrə açıq qapı günlərinə start verilicək. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 oktyabr tarixində verir.
Tədbirlər 24, 26, 28 oktyabr saat 18:00-22:00 aralığında Olimpiya İdman Kompleksində baş tutacaq. Burada vəzifəsindən və yaşından asılı olmayaraq, hər kəs iştirak edə biləcək.
Onlara cüdonun tarixi, dəyərləri və təhlükəsiz düşmə texnikası haqqında məlumat veriləcək.
Qeyd edək ki, görüşlər “Ümumdünya Cüdo Günü Münasibətilə - Dostunu Gətir!” layihəsi çərçivəsində keçiriləcək və bütün iştirakçılara sertifikat təqdim olunacaq.