“Heydər Əliyev ili” çərçivəsində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Lənkəranda cüdo idman növü üzrə Region birinciliyi keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 dekabr tarixində verir.
Tədbir 23 dekabr 2023-cü il tarixində Lənkəran Olimpiya İdman Kompleksində baş tutacaq.