Lənkəranda ağırlıqqaldırma üzrə kişilər və qadınlar arasında Lənkəran-Astara region kuboku baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 dekabr tarixində verir.
Yarış Lənkəranın “Zirvə” idman klubunda keçirilib. Burada 28 idmançı qüvvəsini sınayıb. Sonda qaliblərə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin kubok, medal və diplomları təqdim edilib.
Qeyd edək ki, yarış Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin dəstəyi ilə təşkil olunub.