Lənkəranda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş ağırlıqqaldırma idman növü üzrə Lənkəran–Astara region çempionatı baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 aprel tarixində verir.
Turnir “Zirvə” idman klubunda keçirilib. Burada 42 nəfər olmaqla böyüklər və veteranlar qüvvələrini sınayıblar.
Sonda müvafiq yaş qrupları və çəki dərəcələri üzrə qalib gələn idmançılar diplom və medallarla mükafatlandırılıblar.
Yarış Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə həyata keçirilib.