Lənkəranda “Sağlam məhəllə” idman zonasında açıq idman tədbiri keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 aprel tarixində verir.
Tədbirdə atletika, “jim”, turnikdə dartınma, yerində tullanma, futbol və müxtəlif idman növləri üzrə yarışlar keçirilib. Burada əsas məqsəd uşaq, yeniyetmə və gənclər arasında idmana maraq oyatmaq, onların fiziki aktivliyini artırmaq, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir.
Yarışmalarda fərqlənən yeniyetmə və gənclərə sertifikatlar təqdim olunub.
"Sağlam Həyat" layihəsi çərçivəsində keçirilən tədbir Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən təşkil edilib.