Lənkəranda Atletika idman növü üzrə 2007-2009-cu il təvəllüdlü idmançılar arasında rayon turniri keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 sentyabr tarixində Lənkəran şəhər Gənclər və İdman İdarəsinə istinadən verir.
70 nəfərin iştirak etdiyi turnir Lənkəran Olimpiya Kompleksində 100 metr məsafəyə qaçış üzrə keçirilib.
Sonda I, II və III yerləri tutan idmançılar diplom və medallarla təltif olunublar.