Lənkəranlı güləşçilərimiz Albaniyanın paytaxtı Tiranada mübarizə aparacaqlar.
Cenublu.az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, güləş üzrə U-23 dünya çempionatında yunan-Roma güləşçiləri Xasay Həsənli (77 kq) və Elmin Əliyev (82 kq) mübarizə aparacaqlar.
Mundial oktyabrın 21-dən 27-dək keçiriləcək.
Məsul yarışda I dərəcəli beynəlxalq hakimlər Natiq Hacıyev və Bəşir İsazadə ədaləti qoruyacaqlar.