Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəylik Oyunlarında Azərbaycanı ağırlıqqaldırma üzrə təmsil edəcək ilkin heyəti bəlli olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 iyul tarixində Report.az-a istinadən verir.
Belə ki, yığmada əslən Lənkərandan olan Azərbaycan çempionu Paşa İbrahimli də yer alıb. O, 73 kq çəkidə mübarizə aparacaq.
Qeyd edək ki, İslamiadada ağırlıqqaldırma yarışları 11-15 avust tarixlərində keçiriləcək.