Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə "Lənkəran" idman klubunun idmançıları ilə görüş keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 dekabr tarixində verir.
Belə ki, Bakı şəhərində fullkontakt kyokusinkay (şinkyokusin) karate idman növü üzrə Zəfər Gününə həsr olunmuş turnirdə "Lənkəran" idman klubunun 11 idmançısı iştirak edərək 5 qızıl , 1 gümüş və 5 bürünc medal qazanıb.
Teymur Babazadə idmançıları və məşqçi-müəllimlər – Şakir və Vəliəhəd Vəliyevləri təbrik edərək onlara uğurlar arzulayıb.