Lənkəranda badminton həvəskarları üçün yarışma keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 iyul tarixində verir.
Belə ki, 16 iyul saat 18:00-da keçiriləcək "AirBadminton Challenge" Lənkəran şəhəri Heydər Əliyev Mərkəzinin önündə baş tutacaq.
Yarışa müxtəlif yaş qrupundan olan iştirakçılar qatılaraq hədiyyə qazanmaq imkanı əldə edəcəklər.
Qeyd edək ki, Azərbaycanda ilk dəfə “AirBadminton Challenge” 3 iyul 2022-ci il tarixində Bakı şəhərində keçirilib.