Carı həftədə Cənub bölgəsi üzrə keçiriləcək idman tədbirlərinin afişası açıqlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 aprel tarixində verir.
Belə ki:
1-7 aprel saat 14:00-da Masallı rayonu, Ərəb kənd stadionunda şəhidlərimizin xatirəsinə həsr olunmuş gənclər arasında futbol üzrə rayon turnirinin yarımfinal oyunları;
3 aprel saat 10:00-da Masallı Olimpiya İdman Kompleksində məktəbli qızlar arasında atletika üzrə rayon turniri;
5 aprel saat 11:00-da Cəlilabad rayonu, Heydər Əliyev Seyrəngahında 7 aprel – Ümumdünya Sağlamlıq Günü çərçivəsində boks üzrə nümunəvi çıxışlar;
5-6 aprel saat 11:00-da Lənkəran rayonu, Heydər Əliyev adına xatirə parkında Ümumdünya Sağlamlıq Günü münasibətilə "Sağlam Həyat" layihəsi çərçivəsində kütləvi açıq idman tədbiri;
6 aprel saat 10:00-da Astara rayonu, Dənizkənarı Park Bulvar Kompleksində “Sağlam həyat” layihəsi çərçivəsində məktəbli oğlanlar və qızlar arasında kütləvi açıq idman tədbiri;
6 aprel saat 10:00-da Masallı rayonu, Boradigah idman zalında Ümumdünya Sağlamlıq Günü münasibətilə “Sağlam həyat” layihəsi çərçivəsində kütləvi idman tədbiri;
6 aprel saat 16:00-da Lənkəran rayonu, akademik Zərifə Əliyeva küçəsi, 78/5 ünvanında, "Sağlam məhəllə" idman zonasında Ümumdünya Sağlamlıq Günü münasibətilə "Sağlam Həyat" layihəsi çərçivəsində kütləvi açıq idman tədbiri;
6-7 aprel saat 10:00-da Astara Olimpiya İdman Kompleksində sərbəst güləş üzrə Astara açıq rayon turniri;
7 aprel saat 10:00-da Lənkəran Olimpiya İdman Kompleksində cüdo üzrə region turniri baş tutacaq.