Region liqasında yaranmış fasilədən istifadə edən "Xan Lənkəran" FK 2022-ci ildə ilk matçına çıxacaq. Bu haqda məlumat futbol klubunun rəsmi İnstagram hesabında paylaşılıb.
Xəzər Lənkəran Mərkəzi stadionunda baş tutacaq oyun, Tovuzun "Turan" klubuna qarşı olacaq. Matç 16 yanvar 15:00-da keçiriləcək. 1 biletin qiyməti 1 manat olan matçın biletlərini stadionun kassasından əldə edə bilərsiniz.
2021-ci ili məğlubiyyətsiz başa vuran "Xan Lənkəran" FK-ya, 2022-ci ildə daha da yaxşı nailiyyətlər əldə etməyi arzu edirik!