l MDB oyunlarında lənkəranlı gənc Elvar Nehmətzadənin rəqibinin dopinq qəbul etdiyi bəlli olub. Bu haqda bu gün, 28 yanvar tarixində Elvarın məşqçisi Əli Ağayev Cenublu.az-a məlumat verib.
Rusiyanın Kazan şəhərində keçirilən l MDB oyunlarında iştirak edən Elvar Nehmətzadə koreş idman növü üzrə bürünc medal qazanmışdı. 60 kq çəki dərəcəsində mübarizə aparan Elvarın yarımfinaldakı rusiyalı rəqibinin dopinq qəbul etməsi məlum olub.
Beləliklə, Elvarın rusiyalı rəqibinin nəticəsi sıfırlanaraq, gümüş medal lənkəranlı gəncə təqdim olunacaq.
[URIS id=9937]