Cənublu güləşçilər Bakıdan medallarla dönürlər. Bu haqda bu gün, 4 aprel tarixində Cenublu.az xəbər verir.
Təmsilçilərimiz U-17 idmançılar arasında keçirilən Azərbaycan çempionatında iştirak ediblər. 45 kq çəki dərəcəsində mübarizə aparan Əmrah Əmrahov (Masallı) gümüş və Kərim İmaməli (Lənkəran) bürünc medallar qazanıblar.
Qeyd edək ki, gənc pəhləvanlarımız yunan-Roma güləşi üzrə keçirilən turnirdə 122 güləşçinin mübarizə apardığı yarışda medallar qazanıblar.