Futzal üzrə keçiriləcək Azərbaycan kubokunda "Xan Lənkəran"-ın rəqibi bəlli olub. Bu haqda məlumat bu gün, 22 yanvar tarixində klubun rəsmi Facebook səhifəsində paylaşılıb.
Azərbaycan kubokunun ilk mərhələsində klub "Forza Neftçi" ilə qarşılaşacaq. Oyun 23 yanvar saat 17:00-da keçiriləcək. Bakı şəhəri Olimpik Star İdman və Əyləncə Mərkəzində baş tutacaq oyun pandemiya ilə əlaqədar olaraq azərkeşsiz keçiriləcək.