top
Azərbaycanda ət, yumurta və tərəvəz bahalaşıb - Sentyabrın qiymətləri
Bu gün, 18:00
- ↺ +

Azərbaycanda ət, yumurta və tərəvəz bahalaşıb - Sentyabrın qiymətləri

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz artıb.

Cenublu.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə qiymətlər 6,9 faiz, qeyri-qida məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə isə 5,5 faiz yüksəlib.

Sentyabrda istehlak qiymətləri avqustla müqayisədə 0,9 faiz, ötən ilin sentyabrına nisbətən isə 5,5 faiz artıb.

Ay ərzində qarabaşaq yarması, mal, qoyun və toyuq əti, təzə və dondurulmuş balıq, yumurta bahalaşıb. Gavalı, şaftalı, şabalıd, göyərti, xiyar, pomidor, şirin bibər, badımcan, göy lobya, yerkökü, soğan və kartofun qiymətləri də yüksəlib.

Kərə yağı, limon, alma, armud, üzüm, kivi, qoz, fındıq və ağ kələm isə ucuzlaşıb.

Ümumilikdə, sentyabrda qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə qiymətlər əvvəlki aya nisbətən 1,4 faiz, ötən ilin müvafiq ayına nisbətən 6,9 faiz artıb.

Qeyri-qida məhsulları üzrə aylıq qiymət artımı 0,4 faiz, illik artım isə 3,6 faiz təşkil edib. Geyim, boya, kəsilmiş taxta, mebel, noutbuk və planşet kompüterlər bahalaşıb, zərgərlik məmulatları ucuzlaşıb.

Ödənişli xidmətlərin qiymətləri avqustla müqayisədə 0,6 faiz, ötən ilin sentyabrına nisbətən 5,1 faiz yüksəlib.

Ali və orta ixtisas təhsil müəssisələrinin, xarici dil və abituriyent hazırlığı kurslarının xidmətləri, mənzil kirayəsi və bərbərxana xidmətləri bahalaşıb. Hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma və malların çatdırılması xidmətləri isə ucuzlaşıb.

Digər məhsul və xidmətlərin qiymətlərində ciddi dəyişiklik qeydə alınmayıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:20

Magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Bu gün, 16:45

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 16:10

Evini kirayəyə verənlər üçün qaydalar açıqlandı

Kriminal
Bu gün, 15:30

Cəlilabadda ana ölümü: həkimin cəzası ağırlaşdırıldı

İdman
Bu gün, 14:55

Nəriman Axundzadə və Toral Bayramov son turda iştirak etməyiblər

İqtisadiyyat
Bu gün, 14:20

Ölkədə ətin qiyməti bahalaşdı

Bütün xəbərlər
Bu gün, 13:45

Baş Prokurorluq: Dövlət Xidmətinin 121 əməkdaşı barəsində hərtərəfli araşdırmalar aparılıb

İqtisadiyyat
Bu gün, 13:10

Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək

Bütün xəbərlər
Bu gün, 12:25

Azərbaycanda muzdla çalışan işçilərin sayı açıqlandı

İdman
Bu gün, 12:00

Cəlilabadda gənc futbolçu öldü

Bütün xəbərlər
Bu gün, 11:30

BDYPİ-dən sürücülərə çağırış: Məcburi dayanma zamanı təhlükəsizlik tədbirlərini unutmayın

Kriminal
Bu gün, 11:00

Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb

Bütün xəbərlər
Bu gün, 10:25

FHN: Ötən həftə 135 yanğına çıxış olub, 8 nəfərin meyiti təhvil verilib

Bütün xəbərlər
Bu gün, 09:50

Vətən müharibəsi şəhidi Əmrah Hüseynlinin ad günüdür

Kriminal
Bu gün, 09:12

Biləsuvarda toyda bıçaqlanma olub

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 12 oktyabr

Bütün xəbərlər
Dünən, 00:01

Vətən Müharibəsinin xronikası: 11 oktyabr

Kriminal
10 oktyabr 2026, 17:02

Salyanda kişi balıq bişirməyən arvadını döydü

Bütün xəbərlər
10 oktyabr 2026, 16:04

Zəfərdən bir gün sonra şəhid olan lənkəranlı Şuşa fatehi

Bütün xəbərlər
10 oktyabr 2026, 14:47

Salyanda "Mercedes"lə qatar toqquşdu

Bütün xəbərlər
10 oktyabr 2026, 13:10

Lənkəranda dolu və güclü külək: aşan ağaclar evlərə ziyan vurub

Bütün xəbərlər
10 oktyabr 2026, 12:03

Yardımlıya dolu düşüb - FAKTİKİ HAVA

Bütün xəbərlər
10 oktyabr 2026, 11:11

İlham Əliyevdən bəzi hakimlərlə bağlı SƏRƏNCAM

Oxşar xəbərlər