Cənublu idmançı Orxan Səfərov Azərbaycanı Xorvatiyada təmsil edəcək. Bu haqda bu gün, 12 iyul tarixində Cenublu.az Azərtac-a istinadən xəbər verir.
İyulun 15-də Xorvatiyanın Zaqreb şəhərində cüdo üzrə Qran-Pri təşkil olunacaq. Azərbaycan yığmasını 14 idmançı təmsil edəcək. Cüdo üzrə Milli komandamızın əvəzolunmaz üzvü olan Orxan Səfərov 66 kq çəki dərəcəsində mübarizə aparacaq.
İyulun 17-dək davam edəcək mötəbər yarışda 71 ölkədən 570-dən çox idmançının iştirakı gözlənilir.