Lənkəranda Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə U-15 və U-18 yeniyetmələr arasında region birinciliyi keçiriləcək.
Cenublu.az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, tədbir 27-28 sentyabrda Lənkəran Olimpiya İdman Kompleksində baş tutacaq.
Qeyd edək ki, Cənub bölgəsindən başqa, birincilik Şimal, Şimal-Qərb, Aran-Mil-Muğan, Qarabağ-Şərqi Zəngəzur, Qərb bölgələrində və Naxçıvan Muxtar Respublikasında keçiriləcək.