Cəlilabaddan olan güləşçi Ruslan Nurullayev Dünya Çempionatında 3-cü yerə layiq görülüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 oktyabr tarixində Cəlilabad rayon Gənclər və İdman İdarəsinə istinadən verir.
Belə ki, Albaniyanın Tirana şəhərində keçirilən yunan-Roma güləşi üzrə U-23 Dünya Çempionatında Ruslan Nurullayev 72 kq çəki dərəcəsində bürünc medal qazanıb.
Qeyd edək ki, idmançı Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Cəlilabad rayon UGİM-in yetirməsidir.