Cəlilabadda Gənclər Gününə həsr olunmuş yunan-Roma güləşi üzrə rayon turniri təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 fevral tarixində verir.
Turnir Mərkəzi Stadionda baş tutub. Burada 13 çəki dərəcəsi üzrə 74 idmançı gücünü sınayıb. Qalib gələn idmançılar diplomlarla mükafatlandırılıblar.
Yarış Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Cəlilabad rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə həyata keçirilib.