Cəlilabadda şəhidlərin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə rayon turniri başa çatıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 aprel tarixində verir.
Turnir Mərkəzi Stadionun güləş zalında baş tutub. Burada 16 çəki dərəcəsi üzrə 80 idmançı iştirak edib.
Qalib gələn idmançılar diplomlarla mükafatlandırılıblar.
Yarış Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə həyata keçirilib.