Cəlilabadda sərbəst güləş idman növü üzrə master-klas baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 sentyabr tarixində verir.
Belə ki, "Əhmədoğlu” futbol klubunun idman meydançasında UGİM-in Sərbəst güləş bölməsinin idmançıları tərəfindən ustad dərsi keçirilib. Sağlam həyat tərzinin təbliği və idmana marağın artırılması məqsədilə keçirilən master-klasda 30 nəfər idmançı iştirak edib.
Qeyd edək ki, tədbir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Cəlilabad rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə baş tutub.