Cəlilabadda “Hərbiləşdirilməmiş ərazi dəstəsi ilə xəbərdarlıq və toplanış üzrə mülki müdafiə məşqləri” keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 25 avqust tarixində verir.
Məşq zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılmış, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilmişdir.
Sonda məşqin təhlili aparılaraq, yaranan çatışmazlıqlar diqqətə çatdırılıb, müvafiq tapşırıq və tövsiyələr verilib.