Cəlilabadda yeniyetmə və gənclər arasında basketbol üzrə "Qış Kuboku"na yekun vurulub. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 fevral tarixində verir.
Kubol oyunları Uşaq-Gənclər İdman Şahmat Məktəbinin idman bazasında baş tutub. Burada 6 komanda mübarizə aparıb.
Qalib gələn idmançılar kubok, diplom və medallarla təltif olunublar.
Oyunlar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə həyata keçirilib.