Cəlilabadda ağırlıqqaldırma üzrə turnir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 oktyabr tarixində verir.
Göytəpə 1 nömrəli məktəbinin idman zalında Vətən müharibəsi şəhidi Ümüd Qasımzadənin xatirəsinə həsr olunmuş turnirdə respublikanın 5 şəhər və rayonlarından olan 70-ə yaxın idmançı mübarizə aparıb. Hər çəki dərəcəsi üzrə qalib idmançılara diplom və medallar təqdim olunub.
Qeyd edək ki, turnir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin və Ümüd Qasımzadə adına Ağır Atletika İdman Klubunun birgə təşkilatçılığı ilə baş tutub.