top
Azərbaycanın ən çox azarkeşi olan futbol klubu: Qafqazın “Çelsi”si “Xəzər-Lənkəran”
08 iyun 2023, 04:33
- ↺ +

Azərbaycanın ən çox azarkeşi olan futbol klubu: Qafqazın “Çelsi”si “Xəzər-Lənkəran”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Xəzər-Lənkəran” futbol klubu 2004-cü ildə Lənkəran şəhərində “Palmali” Şirkətlər Qrupunun sahibi, əslən Masallıdan olan Mübariz Mənsimovun təşəbbüsü ilə yaradılıb.

Klubun ilk oyunu 7 avqust 2004-cü ildə Tovuzda “Turan” klubuna qarşı olub. Bu matç 1:1 hesabı ilə başa çatıb [2]. 2007-ci ildə “Xəzər-Lənkəran” futbol klubu Azərbaycan çempionu və Azərbaycan Kubokunun, həmçinin 25 yanvar 2008-ci ildə MBD ölkələri arasında keçirilən “Birlik” Kubokunun, 24 may 2008-ci ildə ikinci dəfə, 2010-cu ildə isə üçüncü dəfə Azərbaycan Kubokunun sahibi olub. Komanda 2010, 2011 və 2012-ci il mövsümlərini gümüş medalla başa vurub. Futbol klubu 23 oktyabr 2013-cü ildə Bakının “Neftçi” komandasına 2:1 hesabı ilə qalib gələrək, Superkubokun qalibi olub.

“Xəzər-Lənkəran” futbol klubu əsas komanda olaraq, 2016-cı ildən Azərbaycan çempionatlarında iştirakını dayandırıb. Lakin aşağı yaş qrupları üzrə isə fəaliyyətini davam etdirir [1].

2006-cı ildə Lənkəran şəhərində “Xəzər-Lənkəran” futbol klubu üçün köhnə stadionun yerində yenisi inşa edilib [6]. İdman jurnalisti Hüseyn Cəbrayıloğlu bu haqda demişdir: “Mənsimovun 2006-cı ildə köhnə stadionun yerində inşa etdirdiyi stadion və baza hətta MDB-də ən müasir arena sayılırdı. Kluba artıq bütün MDB-də, hətta Avropa arenasında ləqəb də verilmişdi - Qafqazın “Çelsi”si” [5].

“Qəbələ” futbol klubunun məşqçisi olmuş Yuri Syomin ən çox azarkeşə malik komandanın “Xəzər Lənkəran” olduğunu söyləyərək qeyd etmişdir: “”Qəbələ”də çalışdığım dövrdə “Xəzər Lənkəran”la səfər oyunlarımızda həmişə anşlaq olurdu. Lənkəranlı azarkeşlər həmişə stadionda inanılmaz atmosfer yaradırdılar” [4].

2009-cu ildə “Xəzər-Lənkəran” futbol klubunun Lənkəran şəhərindəki Xəzər Lənkəran Mərkəzi stadionunda muzeyi açılıb. Bu, Azərbaycanda futbol klubuna məxsus ilk muzey olub [3].

Ədəbiyyat:


  1. Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. Bakı-2017.

  2. Sakin Məmmədzadə, Hüseyn Cəbrayıloğlu. Cənub bölgəsində futbolun inkişaf tarixi. Bakı-2009.

  3. https://www.youtube.com/watch?v=AfXs9D7aWq8

  4. https://www.azerisport.com/football/20160302174817880.html

  5. https://sputnik.az/20170617/bir-ildir-coshmayan-firtina-410673589.html

  6. https://azertag.az/xeber/XAZAR_LANKARAN_FUTBOL_KLUBUNUN_YENI_STADIONU_ISTIFADAYA_VERILMISDIR-352885

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur

Bütün xəbərlər
Bu gün, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
Dünən, 17:30

Bağça müəllimlərinin işə qəbulunda rəqabət artacaq

Bütün xəbərlər
Dünən, 16:11

Cəlilabadlı jurnalist Elnur Şükürov həbs edildi

Bütün xəbərlər
Dünən, 15:15

Biləsuvarda 35 yaşlı kişinin meyiti tapılıb

Kriminal
Dünən, 14:08

Sevdiyi qıza görə cinayət törədən məktəbliyə bu cəza verildi

Bütün xəbərlər
Dünən, 13:33

Salyanda maşının vurduğu kişi komaya düşdü

Kriminal
Dünən, 12:19

Salyanlı onu əvəz etməyən iş yoldaşını döydü — MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 11:34

Lerikdə sabiq vəzifəli şəxs vəfat etdi

Bütün xəbərlər
Dünən, 10:28

"ASAN xidmət" bu tarixlərdə işləməyəcək

Bütün xəbərlər
Dünən, 09:29

Ad gününün sabahı – Zəfər günü şəhid olan igidimiz

Bütün xəbərlər
Dünən, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
06 noyabr 2026, 18:01

Komandiri xilas edərkən şəhid olan igidimizin xatirəsi anılır

Bütün xəbərlər
06 noyabr 2026, 17:34

Lənkəranın mərkəzi küçəsində zibil problemi

Bütün xəbərlər
06 noyabr 2026, 16:53

Lerik sakinləri mişar daşından kəndə yol çəkirlər

Bütün xəbərlər
06 noyabr 2026, 16:15

Rusiya-Ukrayna müharibəsinə görə adam bıçaqladı - MƏHKƏMƏ

Bütün xəbərlər
06 noyabr 2026, 15:35

Neftçalanın tanınmış ziyalısı vəfat edib

Bütün xəbərlər
06 noyabr 2026, 15:00

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
06 noyabr 2026, 14:22

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
06 noyabr 2026, 13:50

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Cəmiyyət
06 noyabr 2026, 13:15

3 rayonda şagirdlərin daşınmasına 322 min manatdan çox vəsait ayrılır

Bütün xəbərlər
06 noyabr 2026, 12:30

Sabah hava necə olacaq? — PROQNOZ

Bütün xəbərlər
06 noyabr 2026, 11:55

Sabirabadın kəndləri qazsız qalıb: sakinlər ağacları yandırır

Bütün xəbərlər
06 noyabr 2026, 11:23

Sürücülük vəsiqələri ilə bağlı yeni güzəşt: Kimlər rüsum ödəməyəcəklər?

Oxşar xəbərlər