Astaralı karateçilər Bakıda keçirilən şəhər birinciliyində uğur qazanıblar. Bu haqda bu gün, 22 avqust tarixində Cenublu.az Astara Şəhər Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
Kontakt karate döyüşü üzrə keçirilən yarışmada idmançılarımız Məmmədov Aqşin (60kq) I yerə, Kazımlı Sadiq (25 kq) I yerə, Məmmədov Bayraməli (50kq) II yerə, Hüseynzadə Məhəmmədəli (40kq) II yerə, Nurizadə Əli (35 kq) II yerə layiq görülüblər.
Qeyd edək ki, Astara rayon komandası Kontakt Karate Federasiyasının Cənub zonası üzrə nümayəndəsi, “Seiken” Kyokuşin Kenbikay Karate klubunun direktoru, II Dan Qara kəmər ustası, məşqçi Azər Ağazadənin rəhbərliyi ilə uğurla iştirak edib.