Astaralı idmançımız Azərbaycan çempionatında bürünc medal qazanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 oktyabr tarixində Astara rayon Gənclər və İdman İdarəsinə istinadən verir.
Belə ki, 15-16 oktyabr tarixlərində Xaçmaz rayonunda keçirilən kross üzrə ölkə payız çempionatında Astara şəhər 2 saylı tam orta məktəbin şagirdi Rüfət Məmmədov 2007-2008-ci il təvəllüdlü oğlanlar arasında 2000 metr məsafəyə kross qaçışında III yeri qazanıb.
Qeyd edək ki, onun məşqçisi atletika üzrə məşqçi-müəllim, veteranlar arasında 5 qat Azərbaycan çempionu, Astara şəhər 3 saylı tam orta məktəbin fiziki tərbiyə müəllimi Rəşad Əliyevdir.