Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən güləş üzrə reytinq turnirində astaralı idmançı Əliabbas Rzazadə uğur qazanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 yanvar tarixində verir.
10-14 yanvar tarixlərində keçirilən turnirdə 61 kq çəki dərəcəsində mübarizə aparan astaralı güləşçi Əliabbas Rzazadə 3-cü yerə layiq görülüb.
Qeyd edək ki, Azərbaycan Milli komandasının üzvü Ə.Rzazadənin məşqçisi Azərbaycan Respublikasının Əməkdar məşqçisi Aslan Ağayevdir.